Taqordan sitatlar

Keçmiş illərin xarabalıqlarında bir kədərli səs yuva salmışdır.

Günəş getdi deyə ağlayarsan, göz yaşların ulduzları görməyə mane olar.

Kəpənək ayları deyil, anları sayar və onun belə kifayət qədər zamanı var.

Günəşə arxanı çevirmə, kölgən önünə düşər.

Yuva, yatan quşları qoruduğu kimi, sükut da sənin səsini qoruyur.

Heç bir əhəmiyyət daşımayan sözlərim zamanın dalğaları üstündə yüngülcə rəqs edə bilərlər, məna ilə ağırlaşdıqlarında dibə çökərlər.

Davamı →

Saflıq – məhəbbətin bolluğundan yaranmış bir sərvətdir

Külək şair kimidir – dənizlərin, meşələrin üzərində uçub, öz səsini axtarır.

Yaxşılıq etməyən istəyən adam bağlı qapıları döyər; sevən adamın isə üzünə bütün qapılar açıqdır.

Xilqətin sirri gecə zülmətinə bənzər, — sonsuzdur.

Uçurumun yalnız dərinliyinə aldanıb, öz eşqini ona etibar etmə!

Sən özünün nə olduğunu görə bilmirsən; gördüyün şey yalnız kölgəndir.

Fənərini arxasında gəzdirən adam öz önünə kölgə salır.

Varlığım mənim üçün möcüzədir: həyat da elə budur ki var!
Davamı →

Albert Eynşteynlə Rabindranat Taqorun söhbətləri

Bu danışıqlar Eynşteynin Berlin yaxınlığındakı bağ evində, 14 iyul, 1930-cu ildə baş tutub. Onlar arasındakı söhbət qeydə alınıb və 1931-ci ilin yanvarında «Modern Review» dərgisində çap olunub.

Birinci danışıq.
14 iyul 1930-cu il.
Eynşteyn: Siz Dünyaya qaynayıb-qarışmayan, ondan ayrı olan tanrının varlığına inanırsınızmı?

Taqor: Dünyadan qıraqda olan tanrı yoxdur. İnsanın özlüyü–mahiyyəti tükənməz, ölümsüz olduğu üçün də o, Dünyanı qavramağı bacarır.

İnsan kimliyinin qavraya bilməyəcəyi bir nəsnə də ola bilməz. Bu isə elə Dünyanın bütün gercəklərinin də özündə insanilik daşıması deməkdir.

Dediklərimi aydınlaşdırmaq üçün bir elmi faktı örnək olaraq göstərmək istəyirəm.
Davamı →

Rabindranat Taqor

Benqal şairi, dramaturq, rəssam, bəstəkar və filosof, Hindistan və Banqladeşin milli himnlərinin müəllifi, Asiya qitəsinin ilk Nobel mükafatı laureatı Rabindranat Taqor Kəlkütdə yaşayan zəngin brahman ailəsinin 14-cü uşağı idi. Atalarının kökü XI əsrə dayanır. Bu soyun qurucusu Kanajlı bir Brahman idi. Atası Maharşi Devendranat Taqor varlı bir din adamı idi.

Rabindranat, xüsusi müəllimlərdən dərs alaraq orta təhsilini bitirdikdən sonra 17 yaşında Londona göndərildi. Londonda hüquq oxudu. Burada ədəbiyyat mədəniyyətini inkişaf etdirdi. Ən çox təsirində qaldığı ədəbiyyatçı, əsərlərində təbiətə geniş yer verən İngilis şair William Wordsworthdur. Rabindranat Taqorun həyat və sənət görüşlərinin inkişafında ən böyük rol XIX əsrin əvvəllərində Benqallı Raca Rammahun Roy oynamışdır. Müəllimi Roy Hindistanda dinin oynadığı böyük rolu bildiyi üçün, hər şeydən əvvəl bu sahədə islahat aparmaq zəruriliyini bilirdi.
Davamı →

Taqorun hikmət dolu poeziyasından yarpaqlar

“Yer öz təbəssümlərinin təravətini göz yaşlarında yaşadır.”

Təbiət dəyişir ki, dəyişməsin. İnsan da dəyişməmək üçün dəyişməyin sirrinə vaqif olmalıdır.

“Böyük səhranın bağrı bir ot yarpağının həsrəti ilə yanıb qovrulur.Ot yarpağı isə, xırdaca başını silkəyib, gülə-gülə uçub gedir”.

Burdakı gözəllik, zəriflik və efemerlikdə yaşayır. Ani və əlçatmaz. Onu məhz o cür sevməyi öyrənmək lazımdır, deyir Taqor. Sahiblənmədən. Sevmək və minnətdar olmaq…

“Kim isə gözə görünməyən barmaqları ilə qəlbimin tellərində incə meh kimi suların şırıldayan musiqisini çalır :
Söylə ,nələr deyir nitqin ,ey Dəniz?
Əbədi müəmma,əbədi sual !
Nə dildə verirsən cavab, ey Səma?
Bircə dil bilirəm :- “Əbədi sükut””


Ardı →

Taqorun uşaqlıq illəri

Rabindranath TagoreƏdəbiyyat üzrə Nobel mükafatlı hind yazıçısı, şair, bəstəkar, rəssam və ictimai xadim Rabindranat Taqor həm də Hindistan və Banqladeşin milli himnlərinin müəllifidir. O, Asiya qitəsinin ilk Nobel mükafatı laureatıdır. Filosof Taqor 70 yaşının astanasında özünü rəssam kimi də sınayıb və digər sahələrdə olduğu kimi, burada da uğur qazanıb. Onun rəsm əsərlərindən ibarət sərgi Nyu-York, Paris Moskva və Berlində nümayiş etdirilib. Bəstəkar kimi isə iki mindən çox nəğmənin müəllifidir.

Rabindranat Taqor Kəlkütdə varlı ailədə dünyaya göz açıb. Atası Hindistanın sayılıb-seçilən adamlarından olub. Taqorun uşaqlıq illəri xidmətçilərin nəzarəti altında, ciddi rejimdə keçib. O, öz uşaqlıq illərini xatirələrində belə əks etdirib: 

Uşaqlıqda biz, demək olar ki, bəzək-düzəyin nə olduğunu bilmirdik. O vaxtlar yaşayış indikinə görə daha təvazökar keçirdi. Əgər siz o zaman bir centlmenin necə yaşadığını indi görsəydiniz, onunla hər hansı bir əlaqə saxlamağa utanardınız. Bu, o zamanın xüsusiyyəti idi. Bizim evin xüsusiyyəti də ondan ibarət idi ki, bizdə ümumiyyətlə, uşaqlara bir o qədər də xüsusi diqqət yetirmirdilər...

Bizə qulluqçular ağalıq edirdi. Onlar öz vəzifələrini yüngülləşdirmək üçün sadəcə olaraq, bizi heç tərpənməyə belə qoymurdular. Lakin bizim əl-qolumuzu bağlayan zəncirlər nə qədər ağır olsa da, evdə bizə xüsusi diqqətin olmamasının özü bizim üçün böyük bir azadlıq idi, bunun sayəsində bizim ruhumuz da azad idi…
Ardı →

Bağban | Rabindranat Taqor

Gözləyirəm, birdən iki gənc sərgərdan könül rastlaşar, bəlkə, ehtirasla dolu iki cüt göz məndən musiqi istər ki, onların sükutunu pozub, onların əvəzinə danışsın.


Mən hamı ilə yaşıdam.


Bunlar üçün mən vuruşmamışam, bunları bazardan almamışam, deməli, bu hədiyyə ona gərək deyil.


Mən sənin nəfəsini duyuram, o, mənə puç ümidlərdən pıçıldayır.


Mən unuduram, daim unuduram ki, tənha yaşadığım evin bütün qapıları bağlıdır.


Ardı →